Главная > Cəmiyyət / Manset > QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə BMT arasında memorandum imzalanacaq
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə BMT arasında memorandum imzalanacaq23-05-2022, 14:17. Разместил: admin |
Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında bu il iyunun 13-də memoramdum imzalanacaq. Azadsəs.az xəbər verir ki, bu sözləri Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib. Onun sözlərinə görə, bir ilə yaxındır fəaliyyət göstərən agentlik altı aydır ki, görüşlər həyata keçirir: “Bu yaxınlarda Qubada regional konfrans keçirdik. Orada QHT-lərlə görüşlər təşkil olundu. Vəziyyət bizim istədiyimiz kimi deyil, qənaətbəxş sayılmır”. Вернуться назад |