Главная > Cəmiyyət / Manset > Mübariz Mənsimov kimləri narahat edir? - ERMƏNİ DƏYİRMANINA SU TÖKƏN "XƏBƏR SAYTLARI"

Mübariz Mənsimov kimləri narahat edir? - ERMƏNİ DƏYİRMANINA SU TÖKƏN "XƏBƏR SAYTLARI"


20-05-2022, 22:27. Разместил: azadses
Hazırda dünya azərbaycanlıları arasında ən yüksək nüfuza malik olan soydaşlarımızdan biri kimi Mübariz Mənsimova qarşı paxıllıq da hökm sürür. Lakin, o, öz gəmisi ilə düşmənlərinə qarşı bütün dalğaları yararaq, Azərbaycan adına yeni-yeni qələbələrə doğru irəliləməkdədir. Son həftələrdə Azərbaycan və Türkiyə mediasındakı çıxışları ilə diqqət mərkəzində olan iş adamı Mübariz Mənsimovla bağlı yalan informasiyalar yayılmaqda davam edir.
Mübariz Mənsimovun bu yaxınlarda internet televiziyalarından birinə verdiyi müsahibəsindəki fikirləri birmənalı qarşılanmayıb. Sosial mediada müxtəlif reaksiyalar verilir. Xüsusən də SOCAR-ın maliyyələşdiridiyi "saytlar" qərəzli məlumatlar paylaşaraq iş adamını gözdən salmağa çalışırlar. İş adamının ətrafında mənfi aura yaratmaq üçün yalan və qərəzli xəbərləri də durmadan tirajlamağa başlayıblar. Nədən isə ermənilərdən çox biz özümüz bir-birimizə zərbə vurmağı sevirik. İçimizdə bir-birimizə qarşı hədsiz qısqanclıq var. Önə çıxan azərbaycanlıya dəstək olmaq əvəzinə, ona qara yaxaraq ermənisayağı əngəl olmağa çalışırıq. Anlaya bilmirik ki, heç bir şey rahatlıqla qazanılmır. Zirvələr fəth edərək millətimizin adını ucaldan, soydaşlarına yardım etmək missiyasını öz üzərinə götürən azərbaycanlılara qarşı qara piar kampaniyası aparan, onlara qara yaxan bədxahlar anlamalıdır ki, təkcə həmin insanlarla deyil, həm də düşmənlərimizin dəyirmanına su tökərək bütün Azərbaycan xalqına qarşı mübarizə aparırlar.
Mübariz Mənsimov elə bu yaxınlarda bir neçə gəmiyə şəhidlərimizin adını verdi. Azərbaycan üçün çalışanda da deyirlər ki, siyasi iddiası var. Həmçinin, nəzərə almaq lazımdır ki, Mübariz Mənsimov həm Türkiyə, həm də Azərbaycan vətəndaşıdır. Yəni, ikili vətəndaşların siyasi iddiası ola bilməz. Misal üçün, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı üzə çıxdı və belə bir iddiası olmadı. Sadəcə olaraq kimlərsə Mübariz Mənsimovu gözdən salmaq istəyir. Xalqımıza kömək edənlərə də gərəksiz epitetlər qoşuruq. Yeganə iş adamdır ki, hər zaman əzab-əziyyət çəkməsinə, həbslərə düşməsinə baxmayaraq, Azərbaycana bağlılığını itirməyib. Mübariz Mənsimov böyük-kiçik yeri biləndir. Onun ata-anasına verdiyi dəyəri dəfələrlə görümüşük.
İş adamına qarşı pul müqabilində yalan məlumatlar yayan "saytlar" onun hərbi xidməti ilə bağlı yalan məlumatlar tirajlayırlar. Halbuki, əldə etdiyimiz məlumata görə, Mübariz Mənsimov atası Qurban Mənsimovun istəyi ilə Bakıda Ali Hərbi Məktəbə daxil olub, üç il ərzində hərbi kəşfiyyatçı kimi yetişib. 1985-ci ildə Sovet ordusunda xidmət edərkən, Almaniyaya göndərilib və düz dörd il sonra öz arzusu ilə hərbidən təxris olunub. Erməni generalla davası ilə ad qazanıb. Bu barədə özünün dediklərindən: "Məhz o erməninin üzündən hərbi sahədən uzaqlaşdım. Mənə qarşı çox böyük haqsızlıq etdilər. Ailəmdə yeddi şəhid var, ən böyüyüyün 21 yaşı vardı. Şirkətimdə çalışanlardan kiminsə üçüncü nəsil erməni olduğunu eşitsəm belə, dərhal işdən qovaram”.
Məlum olduğu kimi, tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi, gənc nəslin maarifləndirilməsi üçün daim təhsil proqramlarını maliyyələşdirən "Palmali" Şirkətlər Qrupunun təsisçisi Mübariz Mənsimov sifarişli şəkildə həbs etdirilmişdi. Həbsdə olduğu müddətdə bir neçə dəfə səhhəti ağırlaşıb, günlərlə aclıq keçirib. Mənsimovun yaşadığı o ağır dönəmlərdə xalqın dəstəyi açıq-aşkar görünürdü. Hətta onun həbsdən azad edilməsi üçün aksiyalar keçirildiyinin də şahidi olduq. Bu Mübariz Mənsimova olan xalq sevgisidir. Mübariz Mənsimov dövlətinə, xalqına olan sevgisini təkcə quru sözlərlə deyil, əməlləri ilə də hər gün sübut edir. İş adamı özünün də dediyi kimi, Azərbaycanda bir qəpik pul qazanmayıb. Amma xalqına hər zaman yardım edib və köməkliyini əsirgəməyib. Mübariz Mənsimov həbsdə olan zaman trollar nə qədər çalışsa da, xalqın ona olan rəğbət və sevgisini zərrə qədər azalda bilmədilər. Elə buna görə də o, həmişə özünü xalqa borclu bilib. Dünyanın yeddinci ən böyük gəmi şirkəti olan "Palmali" Şirkətlər Qrupu uğurlarını nümayiş etdirən, dünya dəniz daşımaçılığı sektorunda adını qızıl hərflərlə yazdıran, Türkiyə və Azərbaycan xalqlarına qürur yaşadan, bir çox sahələrdə, xüsusilə də dəniz nəqliyyatında fəaliyyət göstərən və minlərlə insanın məşğulluğunu təmin edən lider şirkətlərdən biridir. Göründüyü kimi, Mübariz Mənsimovun uğurları kimlərisə möhkəm narahat edir. Heç kəs üçün sirr deyil ki, iş adamına qarşı qarayaxma kampaniyası aylar öncə başlayıb. Tanınmış jurnalist Anar Niftəliyev də yazısında bunu təsdiq edir: "Aylar öncə Mübariz Mənsimova qarşı “reklam şərtləri ilə” kampaniya başlayanda bundan imtina edənlərdən biri olduq".
Cəmiyyətin maraqları baxımından Mübariz Mənsimovun varlığı və fəaliyyəti olduqca önəmlidir. Onun varlığı məhz cəmiyyət üçün xeyirlidir. O, öz xeyirxah əməlləri ilə başqa iş adamları üçün də bir nümunədir. Unutmayaq ki, Allahın ən çox sevdiyi bəndə, onun nemətlərinin qullarına çatmasına vasitə olandır. Yazımızı belə bir məsəllə yekunlaşdırmaq istəyirik: Yaxşının nə olduğun pisdən soruşma, pis bilməz yaxşılıq nədir.
Elşən Yəhyayev


Вернуться назад