Главная > Cəmiyyət > “Miqrasiya, işsizlik, həddən artıq yoxsulluq təhdidə çevrilib”

“Miqrasiya, işsizlik, həddən artıq yoxsulluq təhdidə çevrilib”


17-05-2022, 19:00. Разместил: admin
"Pandemiya həm inkişaf etmiş ölkələrə, həm də inkişaf etməkdə olan ölkələrə mənfi təsir edib və bu təsir hələ də qalmaqdadır. Pandemiya zamanı 520 milyon insan koronavirusa yoluxub, 6,3 milyon insan bu virusdan ölüb".

“Azadsəs.az” xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) parlament Asambleyasının Bakıda keçirilən üçüncü ümumi konfransında Türkiyə Parlamentinin sədri Mustafa Şəntop deyib.

O bildirib ki, miqrasiya, işsizlik, həddən artıq yoxsulluq təhdidə çevrilib: "Ədalətsizlik, tarazlığın olmaması problemləri daha da dərinləşdirib. Ukraynadakı müharibənin təsiri altında ərzaq məhsulları problemi meydana çıxmışdı, enerji qiymətləri kəskin artıb ki, bu da bir risk elementidir. Yeni dünyada hamını başa düşən, hamını əhatə edən qurumlara ehtiyac var. Regiondakı problemlərlə mübarizə aparmağın yolu bu məsələləri qlobal aktyorların ixtiyarına verməmək, regional əməkdaşlığı genişləndirməkdir. Çünki, qlobal aktyorlar problemləri həll etmir, əksinə onları daha da dərinləşdirir. Biz bu coğrafiyada yaşayan insanlarıq və problemləri özümüz həll etməliyik”.

Şentop qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması buna bariz nümunədir: "1992-ci ildə Qarabağın işğalına son qoymaq üçün ATƏT-in Minsk qrupunu yaratmışdılar. 30 il ərzində dünyanın aparıcı ölkələrindən ibarət olan mexanizm bu problemi həll edə bilmədi. Regionumuzda yerləşməyən dövlətlərin burada iştirakı problemin həll əvəzinə, onun dərinləşməsinə səbəb olur. Azərbaycan nümunəsində bunu gördük. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu işğala son qoydu. Biz Türkiyə olaraq Azərbaycana bu məsələdə hər zaman dəstək olduq. Türkiyə Azərbaycana hüquqi cəhətdən haqlı olduğuna görə dəstək verib. Ermənistanla Azərbaycan arasında olan münaqişə regional təhlükəsizlik üçün təhdid yaratmışdı”.
Вернуться назад