Главная > Cəmiyyət > Bu gündən sürücülər 150 manat cərimələnə bilər

Bu gündən sürücülər 150 manat cərimələnə bilər


15-11-2019, 11:11. Разместил: azadses
Avtomobillərdə pərdə və jalüz mövsümü bitdi
Maşınlarda ştorka və jalüz (görnüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş icazənin müddəti başa çatır. İsti hava şəraiti ilə əlaqədar may ayının 1-dən noyabr ayının 15-nə qədər idarə edilən avtomobilin, yüngül minik avtomobillərinin arxa sağ-sol qapılarının şüşələrinə sənaye üsulu ilə hazırlanmış və standartların tələblərinə uyğun olan "ştorka" və jalüzlərin quraşdırılaraq idarə edilməsinə icazə verilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi normaya, eləcə də "Yol hərəkəti haqqında" Qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir. Komitənin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilib.
Bu gündən yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndiriləcək və bu istiqamətdə müvafiq tədbirlər görüləcək. Qanunla qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri və sürücülər cəzalandırılacaqlar. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.




Вернуться назад