Главная > Cəmiyyət / Manset > Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 200-ə yaxın şəxs peşə-əmək reabilitasiyasına cəlb olunub

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 200-ə yaxın şəxs peşə-əmək reabilitasiyasına cəlb olunub


14-05-2022, 12:30. Разместил: admin
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə bu il əlilliyi olan 200-ə yaxın şəxs qəbul olunub.

Ümumilikdə isə ötən ildən qəbul olunan şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsə xidmətlər göstərilib.

Müasir tələblərə uyğun şəraitin olduğu Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir.

Burada kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşpaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.

Kursları uğurla bitirənlərə peşə şəhadətnamələri təqdim olunur və onların gələcək məşğulluğuna dəstək göstərilir.

Hazırda Peşə-əmək Reabilitasiyası Mərkəzində 191 gəncə peşə hazırlığı və peşə reabilitasiya xidmətləri göstərilməkdə davam edir.
Вернуться назад