Главная > Cəmiyyət / Manset > Məktəbli qızı xilas etməyə çalışarkən xəsarət alan gömrükçü: “Çəkdiyim ağrı-acıya görə peşman deyiləm”
Məktəbli qızı xilas etməyə çalışarkən xəsarət alan gömrükçü: “Çəkdiyim ağrı-acıya görə peşman deyiləm”13-05-2022, 12:21. Разместил: admin |
İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi evə buraxılıb. Azadsəs.az xəbər verir ki, 37 yaşlı Zahid Niyazov bununla bağlı özü məlumat paylaşıb. O qeyd edib ki, artıq müalicəsini ev şəraitində davam etdirir: “Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə əziyyəti keçən hər kəsə, həkimlərə təşəkkürümü bildirəm. Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm”. Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb. Вернуться назад |