Главная > Cəmiyyət / Manset > Bakıda çörəyin içərisindən bolt çıxıb, araşdırmalara başlanılıb

Bakıda çörəyin içərisindən bolt çıxıb, araşdırmalara başlanılıb


11-05-2022, 22:44. Разместил: admin
Bakıda tanınmış marketlərin birində “Çörəkçi” adı ilə satılan məhsulun içərisindən dəmir parçaları - “bolt-qayka” çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı məlumat mediadan götürülərək araşdırılması üçün AQTA-da aidiyyəti üzrə yönləndirilib.

Qeyd olunub ki, araşdırmalar aparılacaq və araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək:

“Vətəndaşlardan xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda konkret faktları - məhsulun adı, istehsalçısı, satış obyekti, istehsal tarixi və s. göstərməklə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər”.
Вернуться назад