Главная > Cəmiyyət / Manset > Qarabağdakı Rusiya sülhməramlıları: “Vaxtaşırı suallar olur”

Qarabağdakı Rusiya sülhməramlıları: “Vaxtaşırı suallar olur”


10-05-2022, 14:42. Разместил: admin
“Rusiya sülhməramlıları müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində öz funksiyalarını yerinə yetirirlər”.

Azadsəs.az -ın məlumatına əsasən, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, sülhməramlıların fəaliyyəti ilə bağlı vaxtaşırı müəyyən suallar olur:

“Bu, onunla bağlıdır ki, Qarabağda qanunsuz hərbi birləşmələr mövcuddur. Digər tərəfdən, həmin ərazilərə qanunsuz səfərlər də olurdu.

Bu məsələlər sülhməramlıların buradakı komandanı qarşısında və siyasi səviyyələrdə qaldırılır”.
Вернуться назад