Главная > Cəmiyyət / Manset > ABŞ-a köçmək istəyənlərin NƏZƏRİNƏ: “Greencard” qalibləri AÇIQLANIR
ABŞ-a köçmək istəyənlərin NƏZƏRİNƏ: “Greencard” qalibləri AÇIQLANIR7-05-2022, 15:19. Разместил: admin |
![]() Azadsəs.az xəbər verir ki, cavablar bu gün günortadan başlayaraq elan ediləcək. Bütün dünya üzrə “Greencard” üçün müraciət edənlər arasında ABŞ-a köçüb yaşamaq və işləmək istəyən Azərbaycan vətəndaşları da az deyil. Qeyd edək ki, lotereya qalibləri Azərbaycan vətəndaşlığını itirmədən qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə ölkəyə girib çıxmaq hüququ əldə edirlər. Lotoreyaya qeydiyyat 6 oktyabr - 9 noyabr 2021-ci il tarixində aparılıb. Proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur və seçim adi lotereya kimi təsadüfi qaydada aparılır. Xatırladaq ki, iştirakçılar təsdiq nömrəsini ən azı 30 sentyabr 2023-cü ilə qədər saxlamalıdırlar. Вернуться назад |