Главная > Cəmiyyət / Manset > Bakıda “Qarabağ Azərbaycandır! Şuşa - Ənənədən Gələcəyə” adlı dəfilə keçirilir

Bakıda “Qarabağ Azərbaycandır! Şuşa - Ənənədən Gələcəyə” adlı dəfilə keçirilir


6-05-2022, 21:43. Разместил: admin
Bu gün Bakıda “Qarabağ Azərbaycandır! Şuşa- Ənənədən Gələcəyə” adlı böyük dəfilə gecəsi keçirilir.

Azadsəs.az xəbər verir ki, Bakı Milli Geyim Evi tərəfindən təşkil edilən və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış böyük Qarabağ zəfərimizə və Cənab Prezidentimiz tərəfindən elan olunmuş 2022-ci il “Şuşa İli”nə həsr olunan dəfilə gecəsi Daş Salnamə Muzeyində təqdim olunur.

Dəfilədə Qarabağ və Şuşaya aid 40-a yaxın qadın və kişi milli geyimləri, həmçinin, araqçınlar nümayiş olunur.
Вернуться назад