Главная > Cəmiyyət / Manset > Şəmkirdə “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək - FOTO

Şəmkirdə “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək - FOTO


6-05-2022, 20:17. Разместил: admin
Mayın 8-də Şəmkir rayonunda "KOB Fest" sərgi-satış yarmarkası təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Şəmkir sakinlərini və rayonun qonaqlarını yarmarkaya dəvət edir.
Agentlikdən verilən məlumata əsasən, yarmarkada KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim ediləcək.

"KOB Fest" çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaqdır.

“KOB Fest”in təşkilində məqsəd rayonda KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.

Şəmkir rayonunda Heydər Əliyev Parkında təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaqdır.


Вернуться назад