Главная > Cəmiyyət / Manset > Azərbaycanda qazla bağlı limit ləğv oluna bilər? - AÇIQLAMA
Azərbaycanda qazla bağlı limit ləğv oluna bilər? - AÇIQLAMA6-05-2022, 15:23. Разместил: admin |
“Azərbaycanda qaz istifadəsinə görə limitlərin ləğvi və ya dəyişdirilməsi ilə bağlı məsələ gündəmdə deyil”. Azadsəs.az-ın məlumatına görə, bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib. Onun sözlərinə görə, ölkədə qazın istifadəsinə mövcud olan limit sosialyönümlüdür: “Bir çox ölkələrdə istənilən məhsulu kim çox işlədirsə, o, daha az tariflə ödəyir. Bizdə isə tam əksinədir, az işlədən, daha aşağı tariflə ödəyir. Əhalinin ümumi sosial durumu nəzərə alınıb”. R.Əliyev qeyd edib ki, qaz istifadəsinə görə limitlərin dəyişməsi ilə bağlı heç bir müraciət yoxdur, gündəmdə belə məsələ yoxdur. Qeyd edək ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb. Вернуться назад |