Главная > Cəmiyyət / Manset > Baku TV işğaldan azad edilən Çernobılda - VİDEO

Baku TV işğaldan azad edilən Çernobılda - VİDEO


6-05-2022, 11:51. Разместил: admin
Ukraynada müharibə davam edir.

Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov ölkədə baş verən son hadisələr haqqında məlumat verib.

O, Kiyev vilayətinin Belarus Respublikası ilə sərhəd istiqamətində olan məşhur Çernobıl bölgəsindən reportaj hazırlayıb.

Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi hücumunun ardınca işğal olunan Kiyev vilayətinin Çernobıl şəhərində əsas narahatedici məqam buradakı Atom Elektrik Stansiyasının (AES) taleyi ilə bağlı idi.

Bir aydan çox işğal altında olan bu ərazidə stansiyasının 1986-cı ildən sonra növbəti dəfə partlayışa məruz qalaraq radiasiya fəlakətinə səbəb olma riski yaranmışdı.

Ukrayna hərbçiləri aprelin 1-dən Kiyev vilayətinin işğal olunmuş digər əraziləri kimi, buranı da Rusiya Ordusundan təmizləyib. Məlumata görə, işğal zamanı Rusiya hərbçiləri AES-in 100-dən çox əməkdaşını əsir götürüb. İşğaldan azad olunan zaman Çernobılda daha bir risk ehtimalı yaranıb. Ukrayna hərbçilərinin bildirdiyinə görə, şəhərdən və şəhər ətrafından çıxarılan Rusiya Ordusu bütün ərazini minalayıb, bu azmış kimi meşəlik ərazilərdə yanğınlar törədib.

Müharibənin ilk günlərindən Çernobılda yaşayan azsaylı əhali də ərazini tərk edib. Yalnız bir neçə şəxs var ki, onlar burada qalıb. Həmin şəxslərdən biri Yevgeni Markeviçdir.

“Birincisi, onlar evimə heç vaxt gəlmək istəməyib, heç bir aqressiya göstərməyiblər. Üstəlik, birinci mən onlara tərəf getdim. Soruşdum ki, mənə atəş açmayacaqsınız ki? Gülüşdülər və “yox, sizə atəş açmayacağıq” dedilər. Onlara tərəf irəlilədim, mənimlə salamlaşdılar, danışdılar, burada necə yaşadığımı soruşdular. Bununla da onlarla ünsiyyətim bitdi”, - deyə o qeyd edib.

Ətraflı videonu təqdim edirik:


Вернуться назад