Главная > Cəmiyyət > Azərbaycanda yanğın təhlükəsizliyinə görə bir klub cəzalandırıldı, digərinə xəbərdarlıq edildi

Azərbaycanda yanğın təhlükəsizliyinə görə bir klub cəzalandırıldı, digərinə xəbərdarlıq edildi


28-04-2022, 17:19. Разместил: admin
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

"Azadsəs.az" xəbər verir ki, yığıncaqda Premyer Liqanın XXIV turunda baş verənlər müzakirə olunub.

“Sabah” – “Şamaxı” matçında oyun öncəsi dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib. Bu üzdən meydan sahibləri 400 manat cərimə olunub.

“Şamaxı”nın futbolçusu Flores Franko rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün qırmızı vərəqə aldığından, bir oyun cəzalanıb, klub 200 manat cərimələnib. Bölgə klubu dörd futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə ödəyəcək.

“Səbail” – “Neftçi” oyununda qonaqların futbolçusu Ömər Buludov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir matçlıq cəza alıb. Onun klubu 200 manat ziyana salıb.

“Qəbələ” – “Qarabağ” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib. Ağdam klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat ziyana düşüb.
Вернуться назад