Главная > Cəmiyyət > Anar Kərimovun Naxçıvana səfəri davam edir - Fotolar

Anar Kərimovun Naxçıvana səfəri davam edir - Fotolar


26-04-2022, 17:00. Разместил: admin
Mədəniyyət naziri Anar Kərimov Naxçıvana davam edən səfəri çərçivəsində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə baş çəkib.

Nazirlikdən “Azadsəs.az”a verilən məlumata görə, bildirilib ki, Kompleksdə yaradılmış arxeoloji-etnoqrafik sərgidə tarixi əşyalar xronoloji ardıcıllıqla nümayiş etdirilir.

Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində olub. Qeyd olunub ki, gənc nəslə milli musiqi sənətinin öyrədilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Səfər çərçivəsində qədim, orta əsrlər və yeni dövr tariximizi özündə əks etdirən nadir memarlıq abidələrindən biri olan Yusif Küseyir oğlu türbəsinə ziyarət zamanı türbənin yeraltı sərdabədən və yerüstü türbədən ibarət olduğu barədə məlumat verilib. Qeyd olunub ki, türbə ölkəmizin qülləvari türbələri içərisində üst piramida örtüyü olduğu kimi bu günə qədər qalan yeganə abidədir.

Daha sonra Naxçıvanın əsas mədəniyyət ocaqlarından biri olan Heydər Əliyev Sarayına ziyarət zamanı Anar Kərimov Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimovaya “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatı təqdim edib.




Вернуться назад