Главная > Cəmiyyət / Manset > Azərbaycanda bayram namazının vaxtı açıqlandı

Azərbaycanda bayram namazının vaxtı açıqlandı


26-04-2022, 12:22. Разместил: admin
Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.

“Azadsəs.az”ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

"Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar", - o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.
Вернуться назад