Главная > Cəmiyyət / Manset > Bakıda yerləşən məşhur “fast food” restoranında istifadəyə yararsız məhsullar aşkarlanıb

Bakıda yerləşən məşhur “fast food” restoranında istifadəyə yararsız məhsullar aşkarlanıb


25-04-2022, 13:37. Разместил: admin
Bakıda fəaliyyət göstərən restoranda istehlaka yararsız məhsullar aşkar olunub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi xəbər yayıb.

Bildirilib ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., Füzuli küçəsinin kəsişməsi, məhəllə 720 ünvanında fəaliyyət göstərən, “Anar Food” MMC-yə məxsus “Burger King” restoranında keçirilmiş plandankənar yoxlama zamanı məhsulun qəbulu, saxlanması, emala hazırlanması və emalı prosesləri araşdırılıb.

Araşdırma zamanı emal prosesində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib, eyni zamanda restoranın dondurucu kamerasında hər birində 24 ədəd olmaqla, 31 ədəd karton qablaşdırmada, burgerlərin hazırlanması üçün nəzərdə tutulmuş, ümumi sayı 744 ədəd yararlıq müddəti bitmiş çörək aşkar edilib. Faktla bağlı qanunverciliyə uyğun müvafiq tədbirlər görülüb, istifadə müddəti bitmiş məhsulların istehlakının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.
Вернуться назад