Главная > Cəmiyyət > Şuşada biznes-forumun keçirilməsi təklif olundu

Şuşada biznes-forumun keçirilməsi təklif olundu


22-04-2022, 18:22. Разместил: admin
“Tarixi Zəfər nəticəsində Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi əhəmiyyətli hadisədir”.

“Azadsəs.az” xəbər verir ki, bunu Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov Qurultay çərçivəsində keçirilən “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, Vətən müharibəsində Gürcüstan əsilli azərbaycanlılar da şəhidlik zirvəsinə ucalıblar:

“Ötən il Azərbaycanın Gürcüstandakı səfirliyi ilə birlikdə Vətən müharibəsinin ildönümü ilə bağlı tədbir keçirilib”.

Birliyin sədri Azərbaycan və Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib:

“Bunun əsasını Ümummilli lider Heydər Əliyev qoyub. Bu gün iki ölkə arasında əlaqələr Prezident İlham Əliyevin uzaq görən siyasəti nəticəsində daha da inkişaf edib. Gürcüstandan olan iş adamlarının da iştirakı ilə Şuşada biznes-forumun keçirilməsini də təklif edirəm”.
Вернуться назад