Главная > Cəmiyyət > “Bu qurultay adamı həyəcanlandırır” - Qusman Şuşada

“Bu qurultay adamı həyəcanlandırır” - Qusman Şuşada


22-04-2022, 15:17. Разместил: admin
"Şuşada keçirilən bu qurultayın çox böyük önəmi var. Bu qurultay azad olunan Şuşada keçirildiyindən özü-özlüyündə adamı həyəcanlandırır".

"Azadsəs.az" xəbər verir ki, bunu Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında jurnalistlərə açıqlamasında bildirib.

"Şuşaya bütün dünyadan azərbaycanlıların toplanması çox əhəmiyyətlidir. Biz bununla fəxr edə bilərik. Azərbaycan Prezidenti cənab İlham Əliyev qurultayda möhtəşəm çıxış etdi. Onu həm Prezident, həm də Ali Baş Komandan kimi böyük şövqlə qarşıladılar",-deyə Mixail Qusman qeyd edib.
Вернуться назад