Главная > Cəmiyyət / Manset > “Xaricdə yaşayanlar ildə bir dəfə Azərbaycana gəlsə, çox yaxşı olar”

“Xaricdə yaşayanlar ildə bir dəfə Azərbaycana gəlsə, çox yaxşı olar”


22-04-2022, 14:49. Разместил: admin
“1980-ci illərin sonlarında başlamış separatizm meyilləri faktiki olaraq Qarabağın böyük hissəsini Azərbaycandan qopardı. Hələ Sovet İttifaqı dövründə bunu etdilər. Xüsusi idarəetmə komitəsi yaradıldı və Moskvadan bir ermənipərəst adam təyin olundu”.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

“Ondan sonrakı tarix də bəllidir. Bax, bizim xalqımız iki əsr ərzində bütün bu iztirablardan keçib və nəhayət, öz sözünü deyib. Nəhayət, “dəmir yumruq”la düşmənin başını əzib, tarixi ədaləti və milli ləyaqəti bərpa edib. Ona görə, bax, çox vacibdir ki, bu tarixi məqamlar daim diaspor təşkilatlarının gündəliyində olsun”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident əlavə edib ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir: “Mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar.

Əlbəttə, biz hamımız istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Bu gün biz qurultayı Şuşada keçiririk. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq”.


Вернуться назад