Главная > Cəmiyyət / Manset > FHN-də AFAD Baş əməliyyat departamentinin nümayəndə heyəti ilə görüş keçirildi
FHN-də AFAD Baş əməliyyat departamentinin nümayəndə heyəti ilə görüş keçirildi21-04-2022, 20:16. Разместил: admin |
Respublikamızda səfərdə olan Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Yusuf Aysunun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fövqəladə Hallar Nazirliyində olub. “Azadsəs.az” xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Yusuf Aysunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları səmimi salamlayan Etibar Mirzəyev yüksək səviyyədə inkişaf edən Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edib, BMT çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupu tərkibində ölkələrimizin müvafiq qurumlarının səmərəli əməkdaşlığının əhəmiyyətindən danışıb. Görüşdə “Azərbaycanla Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu”na əlavə olan Azərbaycan – Türkiyə İqtisadi Əməkdaşlığına dair Fəaliyyət Planının 110-cu maddəsində qeyd olunan axtarış və xilasetmə sahəsində məlumat və təcrübə mübadiləsinin aparılmasının mütəmadi olaraq həyata keçirilməsi, tədris və təlim imkanlarının araşdırılması məqsədilə hər iki ölkə arasında əməkdaşlıq səfərlərinin və aidiyyəti üzrə işçi görüşlərin həyata keçirilməsi məsələləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Bundan əlavə, görüş çərçivəsində Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyətinin BMT tərəfindən qəbul edilmiş beynəlxalq standartlara uyğun olaraq təşkili və İNSARAG klassifikasiyasından müvəffəqiyyətlə keçməsi məqsədilə ikitərəfli görüşlərin və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb. Etibar Mirzəyev Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyətinin İNSARAG klassifikasiyasından müvəffəqiyyətlə keçməsi üçün göstərdiyi dəstəyə görə Türkiyə tərəfinə öz təşəkkürünü bildirib. Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin Baş əməliyyat departamentinin rəisi Yusuf Aysu ölkələrimizin müvafiq qurumları arasında axtarış və xilasetmə sahəsində, həmçinin Azərbaycan – Türkiyə İqtisadi Əməkdaşlığına dair Fəaliyyət Planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Türkiyənin müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin İNSARAG klassifikasiyasından müvəffəqiyyətlə keçməsi üçün gələcəkdə AFAD tərəfindən lazımı dəstəyin göstəriləcəyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, səfər çərçivəsində AFAD nümayəndə heyəti FHN-in Akademiyasının fəaliyyəti ilə yaxından tanış olublar. Вернуться назад |