Главная > Cəmiyyət > Vətən Müharibəsi Qəhrəmanı hərbi hissə komandiri təyin edildi

Vətən Müharibəsi Qəhrəmanı hərbi hissə komandiri təyin edildi


20-04-2022, 15:16. Разместил: admin
Daxili Qoşunların "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibova yeni vəzifə verilib.

"Azadsəs.az” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Z.Yusibov Daxili Qoşunların Bakıda yerləşən N saylı hərbi hissəsinə komandir təyin edilib.

Qeyd edək ki, 40 yaşlı Zəfər Yusibov 2019-cu ildə növbədənkənar “polkovnik” rütbəsi alıb. Vətən Müharibəsi zamanı Hadrut döyüşlərində xüsusi şücaət göstərib. Prezident İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.





Вернуться назад