Главная > Cəmiyyət / Manset > Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir? - Foto

Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir? - Foto


19-04-2022, 17:16. Разместил: admin
Xəbər verdiyimiz kimi, Baş Prokurorluq “Tərtər işi” ilə bağlı bir nəfər barəsində axtarış elan edilməsi haqda məlumat yayıb.

“Azadsəs.az”ın məlumatına görə, qanunsuz həbs edilən hərbçilərə işgəncə verməkdə təqsirləndirilən Əzizov Polad Seyfəddin oğlunun daha əvvəl saxlanıldığı, sonradan buraxıldığı məlum olub. Belə ki, 1982-ci il təvəllüdlü gizir Polad Əzizov 2015-ci ilin oktyabrında Xüsusi Təyinatlı Qüvvələrdən və Ordu sıralarından tərxis olunub. Lakin o, 2016-cı ilin aprelində yenidən ordu sıralarına bərpa edilib və həmin ilin dekabrında Tərtər əlahiddə kəşfiyyat taborunda xüsusi təyinatlı bölükdə xidmətə başlıyıb.

2017-ci ilin mayında isə Polad Əzizov Tərtərdə aşkara çıxarılan casus şəbəkəsinin üzvlərinə işgəncə verməkdə şübhəli bilinərək həbs edilib. Sonradan sərbəst buraxılan P.Əzizov istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.


Вернуться назад