Главная > Cəmiyyət / Manset > Azərbaycan əsgəri 20 nəfəri minadan son anda xilas etdi - Video

Azərbaycan əsgəri 20 nəfəri minadan son anda xilas etdi - Video


18-04-2022, 11:21. Разместил: admin
Kəlbəcərin Günəşli kəndində öz doğma evlərini ziyarət etmək istəyən sakinlər son anda mina partlaması təhlükəsindən xilas edilib.

“Azadsəs.az” xəbər verir ki, tank əleyhinə mina kənd sakinlərindən birinin evinin yaxınlığında, yol kənarında Müdafiə Nazirliyinin minaaxtaran hərbçilərinin peşəkarlığı və sayıqlığı nəticəsində aşkar olunub.

Əgər bu mina aşkar edilməsə və əraziyə səfər etmiş Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət heyət (ümumilikdə 20 nəfər) vaxtında, operativ qaydada xəbərdar edilməsəydi, onların içərisində olduğu, həmin yolun üzərindən keçmək üçün yaxınlaşan “Kamaz” markalı avtobus mina hadisəsi nəticəsində partlayacaqdı.

Mütəxəssislər belə bir partlayış nəticəsində sağ çıxma ehtimalı çox az olduğunu bildirirlər.

Heyəti daşıyan avtobus yolunun üzərindəki tank əleyhinə minanı minaaxtaran əsgər Mərdalı Aşurov aşkar edib.

İlkin araşdırmalar nəticəsində müəyyən olunub ki, tank əleyhinə mina əraziyə 2020-ci il noyabrın 10-dan 25-nədək olan müddətdə - Kəlbəcərin təhvil verilməsi üçün istənilən vaxtda evlərinə qayıdacaq dinc əhaliyə qarşı, kütləvi insan tələfatı törətmək məqsədilə basdırılıb.


Вернуться назад