Главная > Cəmiyyət / Manset > Azərbaycanlı tələbə ABŞ-ın 4 universitetindən qəbul aldı - Fotolar

Azərbaycanlı tələbə ABŞ-ın 4 universitetindən qəbul aldı - Fotolar


14-04-2022, 23:17. Разместил: admin
Bakı Ali Neft Məktəbinin V kurs tələbəsi Rəşad Əhmədov ABŞ-ın 4 universitetinin birbaşa doktorantura pilləsinə tam təqaüdlə (90.000 dollar) qəbul alıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov bildirib.

R.Əhmədov ABŞ universitetləri arasında reytinqinə görə 34-cü pillədə yerləşən Roçester Universitetini seçib.

Qeyd edək ki, Abşeron rayon Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu olan Rəşad 2017-ci ildə BANM-a 677 balla daxil olub.


Вернуться назад