Главная > Cəmiyyət > Təhsil şöbələrinin ləğvi ilə bağlı məsələyə aydınlıq gətirildi

Təhsil şöbələrinin ləğvi ilə bağlı məsələyə aydınlıq gətirildi


14-04-2022, 16:46. Разместил: admin
“Yerli təhsil şöbələri ləğv edilməyəcək”.

“Azadsəs.az” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.

O qeyd edib ki, Regional Təhsil İdarələrinin yaradılması yerli təhsil şöbələrinin ləğvi və işçilərin ixtisarı nəzərdə tutulmayıb:

“Təhsil şöbələri Regional Təhsil İdarələrinin nəzdində yerli təhsil struktur bölməsi kimi fəaliyyət göstərəcəklər”.
Вернуться назад