Главная > Cəmiyyət / Manset > Bu şəxslərin maaşı artıb - Siyahı

Bu şəxslərin maaşı artıb - Siyahı


14-04-2022, 08:24. Разместил: admin
Cari ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 10,9 faiz artaraq, 765 matat 90 qəpik təşkil edib.

“Azadsəs.az” açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 2934 manat 50 qəpik, qeyri neft-qaz sektorunda 723 manat 70 qəpik təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 709 manat 30 qəpik, özəl müəssisələrdə isə 832 manat 20 qəpik olub.

2022-ci ilin yanvar ayında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə 1000 manatdan yüksək olan orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:

Mədənçıxarma sənayesi – 2 814 manat 30 qəpik

Tikinti – 1 003 manat 40 qəpik

İnformasiya və rabitə – 1 225 manat

Maliyyə və sığorta fəaliyyəti – 1 868 manat 30 qəpik

Peşə, elmi və texniki fəaliyyət – 1 200 manat
Вернуться назад