Главная > Cəmiyyət / Manset > “Regionda bütün şərtləri qalib Azərbaycan diktə edir” - RƏY
“Regionda bütün şərtləri qalib Azərbaycan diktə edir” - RƏY13-04-2022, 18:26. Разместил: admin |
“44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan regionda yeni reallıqlar yaradıb. Məhz bu reallıqdan irəli gələrək regionun daimi sülh və əmin-amanlıq şəraitində inkişafı üçün ölkəmiz tərəfindən əməkdaşlıq təklifləri irəli sürülüb. Təbii ki, gələcəyi ağıllı şəkildə dəyərləndirə bilən xarici qurum və dövlətlər bu təklifi müsbət dəyərləndiriblər. Lakin təəssüflər olsun ki, Ermənistan son vaxta kimi buna dirəniş gösətirirdi. Hansı ki, bu əməkdaşlıq hamıdan daha çox bir dövlət olmaq astanasında dayanan Ermənistana lazımdır”. Bu fikirləri “Azadsəs.az”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, bununla belə Azərbaycanın qətiyyətli mövqeyini görən bədnam qonşularımız da reallıqla barışmaq zorunda qalıblar: “Son vaxtlar cərəyan edən proseslər, o cümlədən aprelin 6-da keçirilən Brüssel görüşü Ermənistanın bu yersiz inadından əl çəkməyə hazır olduğuna işarə edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında da bu məqama toxunub. Dövlət başçısının bildirdiyi kimi Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilib: “Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir”. Beləliklə, cənab Prezidentin də bəyan etdiyi kimi Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir”. Deputat qeyd edib ki, indi növbə digər addımlarındır: “Yəni, 2022-ci il aprelin 6-da Brüsseldə keçirilmiş görüşün nəticəsi olaraq sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır: “Ümumilikdə onu bildirmək istəyirəm ki, Azərbaycan daha da güclənəcək. Ermənistanın inkişafı isə onun özündən, qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz. Bu, Ermənistan üçün son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək. Bu gün mətbuatda gedən bəzi məlumatlar isə Ermənistanın bu son şansdan istifadə etmək niyyətini bir daha üzə çıxarır. Belə ki, Nikol Paşinyanın Ermənistan parlamentindəki çıxışında “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” deməsi, artıq bədnam qonşularımızın daşı ətəklərindən tökməyə başladıqlarından xəbər verir. Lakin hesab edirəm ki, sözlə yanaşı Ermənistan bunu əməldə də sübut etməli, tez bir zamanda 5 prinsip üzrə müvafiq addımlar atmalıdır. Ən əsası bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır”. Sonda bir daha vurğulamaq istəyirəm ki, regionda bütün şərtləri qalib Azərbaycan diktə edir. Bu da səbəbsiz deyil. Məhz müharibədən dərhal sonra Azərbaycanın həyata keçirdiyi siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyəti, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələri, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr hazırkı reallıqlara gətirib çıxarıb”. Вернуться назад |