Главная > Cəmiyyət > Şəhid anası məktəb direktoru təyin olundu
Şəhid anası məktəb direktoru təyin olundu12-04-2022, 21:13. Разместил: admin |
Vətən Müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova 226 saylı məktəbə direktor təyin olunub. “Azadsəs.az”ın əldə etdiyi məlumata görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Onun direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edərək uğurlu nəticə əldə etdiyi bildirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı saytımıza təsdiqləyiblər. A. Məmmədova bundan əvvəl 252 saylı məktəb-liseydə təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Qeyd edək ki, şəhid Əlihüseyn Məmmədov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Вернуться назад |