Главная > Cəmiyyət / Manset > Ukraynada girov götürülən azərbaycanlı tələbə sərbəst buraxıldı - Yenilənib

Ukraynada girov götürülən azərbaycanlı tələbə sərbəst buraxıldı - Yenilənib


12-04-2022, 20:19. Разместил: admin
Xəbər verdiyimiz kimi, Ukraynada təhsil alan azərbaycanlı tələbə Hüseyn Abdullayevin cari ilin martında rus əsgərlər tərəfindən girov götürüldüyü iddia olunurdu.

“Azadsəs.az”ın məlumatına görə, bu gün sosial şəbəkələrdə Hüseyn Abdullayevin əsirlikdən azad olunması barədə xəbərlər yayılıb. Bildirilir ki, Mariupolda girov götürülən Neftçaladan olan tələbə artıq sərbəst buraxılıb.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü H.Abdullayev ötən il Mariupol Dövlət Universitetinə qəbul olub. Müharibə başladıqdan sonra Mariupoldan çıxıb Zaparojeyə getmək istəyəndə Rusiya ordusunun hərbçiləri onu saxlayıblar. Valideynləri ona zəng edəndə telefona rus hərbçi cavab verərək Hüseynin Ukrayna tərəfdən rus ordusuna qarşı döyüşdüyünü bildirib.

***

“Qafqazinfo” məsələ ilə bağlı H.Abdullayevin atası Amin Abdullayevlə əlaqə saxlayıb. O bildirib ki, oğlu bu gün saat 12-də əsirlikdən azad olunmaq üçün Zaparoje şəhərinə gətirilib: “Özü ilə danışdıq. Vəziyyəti yaxşıdır, səhhəti yerindədir. Bu gün diaspor nümayəndələrimizə təhvil veriləcək”.
Вернуться назад