Главная > Cəmiyyət / Manset > XTQ-nin təliminə dair sənəd təsdiqləndi
XTQ-nin təliminə dair sənəd təsdiqləndi12-04-2022, 15:20. Разместил: admin |
Milli Məclis Xüsusi Təyinatlı Qüvvələrin təliminə dair sənədi ratifikasiya edib. “Azadsəs.az” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihədə qeyd edilib ki, göndərən ölkə (GÖ) “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimində iştirak edəcək şəxsi heyətinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi peyvəndlərin ev sahibi ölkəyə (ESÖ) girişdən əvvəl vurulmasını təmin edəcək. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart peyvənd kitabçaları şəxsi heyətin üzərində olur. Вернуться назад |