Главная > Cəmiyyət > Müstəqil Jurnalist: “Azad media nümayəndəsiyəm” deməyə haqqımız yoxdur
Müstəqil Jurnalist: “Azad media nümayəndəsiyəm” deməyə haqqımız yoxdur6-06-2020, 19:19. Разместил: azadses |
Azərbaycanın beş şəhərində iki günlük qatı karantin rejmi tətbiq edildi. Nazirlər Kabineti yanında Operativ Qərargahın hər zaman olduğu kimi tələsgənliklə verdiyi qərarı cənabi nazir heç bəlkə də oxumadan imzaladı. Oxumadan ona görə deyirəm ki, əgər oxumuş olsaydı özünün imzaladığı qərarın bəzi maddələrinin ölkənin qanunlarına məsələn elə KİV haqqında qanuna zidd olduğunu görə bilərdi. Amma görmədi,ya da görmürmüş kimi etdi. Biz qəddar deyilik. Ölkədə koronanın siz dediyiniz kimi tüğyan etdiyinə inanırıq. Sizin çıxardığınız qərarlara bəlkə də öz ailə üzvlərinizdən daha intizamlı əməl edirik. Əlcək taxırıq, maskasız çölə çıxmırıq, ara məsafəsi saxlayırıq. Mən hətda oğlumla mart ayından bu yana 265 km ara məsafəsi saxlamışam. Övladlarımıza izah edirik ki, bir neçə ay supu ətlə yeməyəcəksiz, çünki, karantindir.Onlar məni anlayıblar ki, mənim qazanmaq imkanım ancaq kirayəni ödəməyə çatır. Karantinin ilk günlərindən ta bu günə kimi heç bir qaydanı pozmadan ,insanlarda narazılıq yaranmasın deyə bacardığımız ailələrin ərzaq yardımı ilə təminatına vasitəçilik etmişik,maarifləndirmişik. Hesab-kitab aparmadan bir gecədə,yaxud da bir saata verilən qərarların fəsadlarının ağırlığı altına çiyinlərimizi verdiyimiz az olmayıb . Son qərarda əsas maddə isə birbaşa azad medianı əzmək oldu. Azad media??? Bu qərardan sonra Azərbaycanda azad media qaldı? Bu qərar qəbul edildi,azad media nümayəndələri isə susdu. Əslində susmadı. Bizlər yetim olduğumuz üçün şikayət edəcək böyük, ağsaqqal tapmadıq. Dərdimizi kimə deyək? Medianı birləşdirəcək elə bir rəsmi qurum yoxdur. Bir QHT olan Mətbuat Şurasıdır, onun da öz dost saytları var . Azad media nümayəndəsi görəndə vəba,taun,elə koronaya yoluxmuş xəstə görürlərmiş kimi davranırlar. Ən çox vətəndaşla əlaqəsi olan, sosial problemləri, qaziləri, vətəndaşın ahü-fəğanını işıqlandıran bizlər bir balaca cəsarətli yazı yazan kimi MŞ tərəfindən ya reket elan olunuruq,ya da müxalifətçi , atılırıq qara siyahıya. O qara sıyahısa azad media nümayəndəsinin arzularına, kariyerasına qara xətt çəkir. Hətta bir qara ,ağır qıfıl olub sallanır “Jurnalistlər binası”nda xəyal etdiyi mənzilinin qapısından. Buna görə də hər şeyə susmağa məcbur edilirik. “Azad Media” anlayışımız ancaq iki-üç nəfərin ara-sıra özlərində cəsarət tapanda hansısa quruma yazdığı bəyənatlarda qalıb. Nazirlər Kabinetinin qəbul etdiyi son qərardan sonra isə yəqin tarixdə qalacaq. Bundan sonra azad mediadan danışmayaq. Ayıbdır! Pərvin ABIŞOVA Вернуться назад |