Главная > Cəmiyyət > Sumqayıtda sudan qanunsuz istifadə halları aşkarlandı - Fotolar

Sumqayıtda sudan qanunsuz istifadə halları aşkarlandı - Fotolar


8-04-2022, 19:21. Разместил: admin
İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Sumqayıt şəhərində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

“Azadsəs.az” xəbər verir ki, Sumqayıt şəhərinin 42-ci məhəlləsində yerləşən ferma və ət kəsimi sexində sudan sayğacdankənar istifadənin qarşısı alınıb.

Belə ki, obyektin müqaviləsi və suölçən cihazı olsa da, sahibkar sayğaca gedən xətti kəsib. Əvəzində rezin boru ilə qeyri-qanuni xətt çəkərək sudan sayğacdankənar istifadə edib. Bundan əvvəl də həmin obyektdə analoji hal yaşanıb. Buna görə sahibkara akt yazılaraq dəymiş ziyan hesablansa da, obyekt sahibi əvvəlki əməlini təkrarlayıb.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığında yerləşən quş yemi istehsal edən sexin isə, ümumiyyətlə, müqaviləsi və sayğacı yoxdur. Obyekt sahibi Sumqayıt şəhərini içməli su ilə təchiz edən 450 mm diametrli magistral su kəmərinin kollektoruna qanunsuz qoşulma verib, buradan 1 km-ə yaxın məsafəyə su xətti çəkib. Həmin ərazidəki qaraj kimi fəaliyyət göstərən obyektdə də sudan qanunsuz istifadə olunub.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.




Вернуться назад