Главная > Cəmiyyət > Bu yerlərdə maska taxmayanlar cərimələnəcək - SİYAHI
Bu yerlərdə maska taxmayanlar cərimələnəcək - SİYAHI3-06-2020, 10:35. Разместил: azadses |
Azərbaycanda karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimə tətbiq edilməsi barədə qanunvericiliyə edilən dəyişiklik bu gündən qüvvəyə minib. Azad Səs-in məlumatına görə, bundan sonra aşağıda qeyd edilən yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə məcburidir: Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.) Bazarlar Qapalı ictimai iaşə, ticarət və xidmət obyektləri (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) Dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələr Fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələr Açıq sahəli ofislərdə və istehsalat yerləri Tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlar İbadət yerləri Elm və səhiyyə müəssisələri Sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlər İctimai nəqliyyat dayanacaqları Bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbələr Həmçinin, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da tibbi maskadan istifadə olunmalıdır. Вернуться назад |