Главная > Cəmiyyət / Manset > Şəxsin xəbəri olmadan adına şirkətlər açılması ilə bağlı araşdırma başladı - Yenilənib

Şəxsin xəbəri olmadan adına şirkətlər açılması ilə bağlı araşdırma başladı - Yenilənib


7-04-2022, 20:18. Разместил: admin
Şabran rayon sakini tanışı tərəfindən aldadılıb. O, tanışına etibarnamə verəndən sonra adına şirkətlər açıldığını iddia edir. Bildirir ki, hazırda onun adına 100 min manatdan çox vergi borcu gəlib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə "Xəzər" TV-nin süjetində bildirilib.

Belə ki, Şabran şəhər Cəlil Məmmədquluzadə küçəsi, ev 4 ünvanında yaşayan Elvin Rəsulov bir yerdə xidmət etdiyi əsgər yoldaşı Allahverən Musayev tərəfindən aldadıldığını iddia edir.

Elvin bildirib ki, kredit almaq üçün Allahverən Musayevdən kömək istəyib. O da fürsətdən istifadə edib, Elvindən etibarnamə alaraq onun adına VÖEN açdırıb.



Sonradan məlum olub ki, təxminən iki il əvvəl Allahverən Musayev, Elvini aldadandan sonra onun adına xaricdən mal gətirib. Bundan sonra Elvinin adına vergi borcları yığılıb. Elvinə 100 min manatdan çox vergi borcu olduğu bildiriləndən sonra o, tanışı Allahverənlə heç cür əlaqə qura bilməyib.

Məsələ ilə bağlı Allahverən Musayevlə danışmaq mümkün olmayıb. Onun telefonlarına zəng çatmayıb.

DİN-nin Regional Qrupun rəhbəri Xəyal Talıbov isə bildirib ki, Elvin Rəsulov bu məsələ ilə bağlı polis şöbəsinə rəsmi müraciət etməyib. Əgər müraciət olunarsa, bundan sonra araşdırmalara başlanacaq.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, E.Rəsulovun tanışı tərəfindən aldadılaraq vergi ödəyicisi kimi qeydə aldırılması, adından müəyyən idxal əməliyyatlarının həyata keçirilməsi və nəticədə külli miqdarda vergi borclarının yaranması ilə bağlı Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyatı strukturları ilə birgə araşdırma aparılır.

Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək.
Вернуться назад