Главная > Cəmiyyət / Manset > “İndi bizim binada da elə partlayış olsa, necə olacaq?” - Foto

“İndi bizim binada da elə partlayış olsa, necə olacaq?” - Foto


7-04-2022, 14:40. Разместил: admin
“Bu bina tikiləndən qaz çəkilməyib. Hər dəfə müraciət edirik “düzələcək” deyirlər, amma düzələn heç nə yoxdur”.

Bu şikayətlə “Azadsəs.az”a Xətai rayonu, General Şıxlinski 39 A ünvanında yaşayan Kamil Mehdiyev müraciət edib.

Vətəndaş bildirib ki, binada qaz olmadığı üçün qaz balonundan istifadə edirlər: “Bu da çox təhlükəlidir. Qorxa-qorxa istifadə edirik. Dəfələrlə binanın sakinləri olaraq yığışıb müraciət də etmişik. “Düzəldəcəyik, çəkiləcək” deyirlər, lakin heç bir irəliləyiş yoxdur. 16 mərtəbəli binadır, bir hadisənin olacağından çox qorxuruq.

Bir neçə gün əvvəl klubda partlayış oldu. İndi bizim binada da elə partlayış olsa, necə olacaq? Axı bu binada körpələr, qocalar var. Çox xahiş edirəm ki, bu məsələyə baxılsın”.

Məsələ ilə bağlı “Azəriqaz” İB ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəisi Eldəniz Vəliyev saytımıza açıqlamasında bildirdi ki, bu bina əvvəlcədən qazlaşmayan binadır: “Bu bina üçün qazın çəkilməsi nəzərdə tutulmayıb. Buna görə də insanlar binada alternativ yanacaq mənbələrindən istifadə edirlər. Buna görə SOCAR “Azəriqaz” İB-nə müraciət olunmalıdır. Birlik tərəfindən araşdırma aparılmalıdır ki, bu binanın texniki şərtləri qazlaşmaya uyğun gəlir, ya gəlmir.

Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin və digər səlahiyyətli qurumların da qazlaşma ilə bağlı müvafiq razılıq sənədləri olmalıdır. Layihə sənədləri hazırlanandan sonra bu binanın qazlaşmasının mümkün olub-olmadığı nəzərdən keçirilə bilər. Binanın sakinləri və rəhbərliyi bununla bağlı müraciət etməlidir. Hələ ki, bütün bunlar olmadığı üçün binanın qazlaşması gündəlikdə deyil”.

Şikayətçi evində istifadə etdiyi qaz balonunun fotosunu da göndərib:


Вернуться назад