Главная > Cəmiyyət / Manset > Uşaqlar arasında yayılan virus epidemiya halını alıb - RƏSMİ

Uşaqlar arasında yayılan virus epidemiya halını alıb - RƏSMİ


6-04-2022, 14:22. Разместил: admin
“Son bir ayda məktəblilər arasında qusma, yüksək hərarət və ishal müşahidə edilir”.

"Azadsəs.az"ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib.

Onun sözlərinə görə, xəstəxanaya müraciət edən uşaqlarda rotavirus olması aşkarlanırsa, onlara uyğun müalicə yazılır:

“Bu, azyaşlı uşaqlarda da çox müşahidə olunur. Beş-on yaş aralığında olan uşaqlarda yoluxma hallarına daha çox rastlanır. Hazırda bu hallar epidemiya şəklindədir. Xəstəlik böyük yaşlarda da müşahidə edilsə də, onlar yüngül keçirirlər. Uşaqlardakı simptomlar bir həftədən bir aya qədər davam edə bilər”.

“Təəssüf ki, rotavirusun simptomları bir həftədən bir aya qədər davam edir”, - deyə qeyd edib.
Вернуться назад