Главная > Cəmiyyət > Xankəndi yenə qazsız qaldı

Xankəndi yenə qazsız qaldı


2-04-2022, 17:49. Разместил: admin
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsinə qazın verilməsi dayandırılıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” QSC məlumat yayıb. Buna səbəb kimi yol tikintisi ilə bağlı aparılan işlər göstərilir.

Qeyd olunur ki, aprelin 2-də Gorus-Qafan avtomobil yolunda inşaatçılar 13,5-ci kilometrdə boruya ziyan vurublar. Nəticədə qaz kəmərinin qollarından biri Qarabağa getdiyi üçün Gorus, Qafan, eləcə də sülhməramlıların yerləşdiyi Qarabağ bölgəsi qazsız qalıb.
Вернуться назад