Главная > Cəmiyyət / Manset > Əli Əsədov Tarif Şurasına tapşırıq verdi
Əli Əsədov Tarif Şurasına tapşırıq verdi28-03-2022, 21:22. Разместил: admin |
“Azərbaycanda sudan ödənişli istifadə Qaydaları” təsdiq edilib. “Azadsəs.az” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Naxçıvan Muxtar Respublikası üzrə sudan ödənişli istifadə qaydaları bu qərarla təsdiq edilmiş Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilir. Tarif (qiymət) Şurası bu Qərarla ilə təsdiq edilən Qaydalara uyğun olaraq sudan istifadə haqqını (tarifləri) iki ay müddətində müəyyən etməlidir. Bu Qərarla təsdiq edilən Qaydalar nəzərdə tutulan sudan istifadə haqqı (tariflər) təsdiq edildikdən sonra qüvvəyə minir. Вернуться назад |