Главная > Cəmiyyət > Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq


29-05-2020, 11:40. Разместил: azadses
Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Azad Səs-in məlumatına görə, bu barədə paytaxtın kommunal strukturlarından məlumat əldə edilib. 
Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Вернуться назад