Главная > Cəmiyyət / Manset > “Veysəloğlu” uşaqlar üçün xeyriyyə tədbiri keçirib
“Veysəloğlu” uşaqlar üçün xeyriyyə tədbiri keçirib27-03-2022, 14:20. Разместил: admin |
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu” MMC Yeni Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evini ziyarət edərək, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayram şənliyi keçirib. Şirkətdən "Azadsəs.az"a verilən məlumata görə, tədbirdə uşaqlara şirniyyat hədiyyələri ilə yanaşı, onların yaş kateqoriyalarına uyğun oyuncaqlar da təqdim olunub. Həmçinin uşaqların tibbi ehtiyaclarının qarşılanmasına dəstək göstərilib. Xeyriyyə tədbirinin həyata keçirilməsinə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabriki, “Xonça-Catering” şirkəti, “AVT Logistika” MMC, həmçinin “Veysəloğlu” MMC-nin distibütor olduğu şirkətlər/markalar (Nestle, Eti, Şölen, Perfetti, Haribo, Sweet Plus, Azgranata, “Sehri” şirələri, “Destgah” çayları) dəstək olublar. Tədbirin təşəbbüskarı və əsas təşkilatçısı olan “Veysəloğlu” MMC 28 ildir ki, Azərbaycan distribütor bazarında fəaliyyət göstərir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bu şirkət hazırda 4060 çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Hər bayramı xalqımızla birgə qeyd edən Veysəloğlu Şirkətlər Qrupu Novruz ərəfəsində əhalinin həssas qruplarından olan 225 aztəminatlı ailəyə ərzaq dəstəyi göstərib. Вернуться назад |