Главная > Cəmiyyət > Şirkət direktorundan 200 minlik iddia
Şirkət direktorundan 200 minlik iddia22-03-2022, 22:26. Разместил: admin |
Bakıda şirkət direktoru müştərinin ona 200 min manat “atdığını” iddia edib. “Azadsəs.az” xəbər verir ki, bununla bağlı “Dashyunu” MMC-nin direktoru, 31 yaşlı Tural Allahverdiyev polisə müraciət edərək ərizə yazıb. O bildirib ki, 2021-ci il may ayında Mingəçevir sakini, 1976-cı il təvəllüdlü Zaur Mirzəyev onu aldadaraq 200 min manatlıq sement alıb. Direktor iddia edib ki, Z.Mirzəyev hələ də sementlərin dəyərini ona ödəməyib. Araşdırma aparılır. Вернуться назад |