Главная > Cəmiyyət / Manset > Azad edilən torpaqlarda ilk idman tədbiri keçirildi - Video

Azad edilən torpaqlarda ilk idman tədbiri keçirildi - Video


20-03-2022, 21:15. Разместил: admin
İşğaldan azad edilən tarixi torpaqlarımızda ilk idman tədbiri təşkil edilib.

“Azadsəs.az” Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına istinadən xəbər verir ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsində Suqovuşan su anbarında avarçəkənlərin təlim-məşq toplanışı və nümunəvi çıxışları olub. Suqovuşana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva təlim-məşqi yerində izləyiblər.

Yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulan bazaların yaradılacağı məkanlar İlham Əliyevə təqdim edilib. Daha sonra Prezident və xanımı idmançıların avarçəkmənin akademik, kanoe və kayak növündə keçidini izləyib. Suqovuşanda xüsusi su şousu təşkil olunub, Azərbaycan bayrağı ucaldılıb.


Вернуться назад