Главная > Cəmiyyət > Bu gün Rusiyadan daha 175 azərbaycanlı Vətənə gətirilir
Bu gün Rusiyadan daha 175 azərbaycanlı Vətənə gətirilir27-05-2020, 14:49. Разместил: azadses |
Moskvadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 13:50-də) havaya qalxıb. Azad Səs-in məlumatına görə, təyyarədə 175 nəfər var. Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiyada yaşayan və evegedirem.info saytında qeydiyyatdan keçən vətəndaşlar vətənə yola düşəcəkləri gün və saat barədə telefon zəngi və ya SMS vasitəsilə xəbərdar ediləcəklər. Вернуться назад |