Главная > Cəmiyyət / Manset > “AS Group Investment” Vətən müharibəsi qazisi Amin Musayevə mənzil hədiyyə etdi - Fotolar

“AS Group Investment” Vətən müharibəsi qazisi Amin Musayevə mənzil hədiyyə etdi - Fotolar


19-03-2022, 19:46. Разместил: admin
Həm 44 günlük Vətən müharibəsi zamanı ordumuza dəstək olan, həm də müharibədən sonra şəhid və qazilərin ailələrinə vaxtaşırı olaraq dəstək göstərən şirkətlərdən biri “AS Group Investment” Novruz bayramı ərəfəsində daha belə bir təşəbbüs həyata keçirib.

“Azadsəs.az” xəbər verir ki, “AS Group Investment” şirkətlər qrupu 44 günlük Vətən müharibəsində igidlik göstərən, müharibənin bitməsinə bir gün qalmış Şuşa ətrafında əsir düşən və bu zaman düşmənə verdiyi cavabla məşhurlaşan qazi Amin Musayevə Novruz bayramı ərəfəsində mənzil hədiyyə edib.

Ötən gün, martın 18-də şirkət əməkdaşları Amin Musayev və onun anası Hicran xanıma mənzilin sənədlərini və açarlarını təqdim ediblər. “AS Group Investment” şirkətinin qazi Amin Musayevə hədiyyə etdiyi mənzil şirkətlər birliyinə daxil olan “AS Tikinti” MMC tərəfindən inşa edilən Göl-Park Yaşayış Kompleksində yerləşir.

Müharibədə aldığı yara səbəbindən uzun müddətli reabilitasiya kursu keçməli olan Amin Bakıda kirayə mənzildə qalırdı. “AS Group Investment” qaziyə dəstək olaraq yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ona tam təmirli mənzil hədiyyə edib.

İgid qazimizin həyat və yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bu təşəbbüsdə daha bir şirkət iştirak edib. “ALFA-R Engineering” MMC şirkəti mənzili mebel və bütün zəruri məişət əşyaları ilə təmin edib.

Qeyd edək ki, “ALFA-R Engineering” 2003-cü ildən Azərbaycan bazarında fəaliyyət göstərir. Şirkət mövcud olan bütün iqlim, isitmə, su təhcizat, yanğın siqnalizasiyası sistemlərinin quraşdırılması, layihələndirilməsi və servis xidməti ilə məşğuldur.

Özünün vətənpərvərliyi və korporativ sosial məsuliyyəti ilə seçilən “AS Group Investment” şirkəti 2021-ci ilin martında Mingəçevirdə şəhid çavuş Niyazi İsgəndərovun ailəsinə həmin şəhərdə inşa etdiyi “Park Residence” yaşayış binasından, elə həmin ilin sentyabrında isə şəhid Mehman Qənbərovun ailəsinə “Park-Göl” Yaşayış Kompleksindən 3 otaqlı mənzil hədiyyə edib.

Şirkət Vətən müharibəsi başlayandan etibarən ordumuza bütün mümkün dəstəyi göstərib, Silahlı Qüvvələrə Yardım Fonduna, daha sonra “Yaşat” Fonduna ianələr ayırmaqla özünün xalqımız, dövlətçiliyimiz qarşısındakı məsuliyyət hissini nümayiş etdirib.




Вернуться назад