Главная > Cəmiyyət > Azərbaycanda yeni mərkəz yaradılır - Rəsmi
Azərbaycanda yeni mərkəz yaradılır - Rəsmi19-03-2022, 15:49. Разместил: admin |
Azərbaycanda Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılacaq. “Azadsəs.az” xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Sənədə əsasən, Agentliyin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin Nizamnaməsi” təsdiq edilib. Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin Strukturu” təsdiq edilib. Əqli Mülkiyyət Agentliyi bir ay müddətində tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin (bundan sonra – Mərkəz) fəaliyyətini təmin etmək məqsədilə sədr və onun müavini daxil olmaqla, Mərkəzin Müşahidə Şurasının üzvlərini və Mərkəzin direktorunu təyin etməlidir. Mərkəzin əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə işçilərin əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etməlidir. Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməli və Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən 1 (bir) gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir. Bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir. Müəyyən edilib ki, Mərkəzin Nizamnamə fondu 100.000 (yüz min) manat təşkil edir və Agentlik tərəfindən ayrılan vəsait (dövlət büdcəsinin vəsaiti istisna olmaqla) hesabına təmin olunur; Mərkəzin saxlanması xərcləri və fəaliyyəti Agentlik tərəfindən ayrılan vəsait (dövlət büdcəsinin vəsaiti istisna olmaqla), eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilir. Bu Qərarda dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər. Вернуться назад |