Главная > Cəmiyyət / Manset > Azad olunmuş ərazilərdəki tikililərlə bağlı yeni - Qərar

Azad olunmuş ərazilərdəki tikililərlə bağlı yeni - Qərar


19-03-2022, 14:28. Разместил: admin
İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılır.

“Azadsəs.az” xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əsədov imzalayıb.

Sənədə əsasən, “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” təsdiq edilib.

İqtisadiyyat Nazirliyinə və Mədəniyyət Nazirliyinə tapşırılıb ki, “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmana uyğun apardıqları inventarlaşdırma işlərinin nəticələrini əks etdirən məlumatları 1 (bir) ay müddətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil versinlər.
Вернуться назад