Главная > Cəmiyyət > Neftçalada Novruz bayramı qeyd olundu - Fotolar

Neftçalada Novruz bayramı qeyd olundu - Fotolar


18-03-2022, 21:23. Разместил: admin
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda Novruz bayramı geniş qeyd olunub.

"Azadsəs.az" xəbər verir kİ, tədbirdə rayon icra başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

M.Seyidov əvvəlcə məktəblilərin Novruz bayramına həsr etdikləri rəsm əsərlərinə və adət-ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçirib.

Tədbirdə bayram adət-ənənələrimiz haqqında tədbir iştirakçıları məlumatlandırılıb.

Bayram tədbiri Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Mədəniyyət evinin, Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladığı kompozisiyalarla davam edib.





Вернуться назад