Главная > Cəmiyyət / Manset > Daha 100 şəhid ailəsi üzvü və müharibə əlilinə mənzil təqdim edildi - Fotolar

Daha 100 şəhid ailəsi üzvü və müharibə əlilinə mənzil təqdim edildi - Fotolar


18-03-2022, 18:48. Разместил: admin
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri və Abşeron rayonundakı yaşayış komplekslərindən daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

“Azadsəs.az” xəbər verir ki, mənzillərin tədim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla ölkəmizdə vətəndaş rifahının təminatına xidmət edən ardıcıl və geniş miqyaslı sosial islahatlar 2022-ci ilin əvvəlindən də davam edib.

Yeni sosial islahat paketi olaraq 2022-ci ilin əvvəlindən əmək haqqı, pensiya və s. sosial ödənişlər növbəti dəfə artırılıb. 3,4 milyon şəxsi əhatə edən bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manatdır.

Qeyd edilib ki, bu gün də daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilir. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlindən 200, postmüharibə dövründə 3200, ümumilikdə ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.

Nazirlik 2021-ci ildə daha 164 nəfər müharibə əlilini, ümumilikdə ötən dövrdə isə 7400 müharibə əlilini avtomobillə təmin edib.





Вернуться назад