Главная > Cəmiyyət / Manset > 28 yaşında nazir müşaviri oldu

28 yaşında nazir müşaviri oldu


16-03-2022, 19:52. Разместил: admin
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub.

“Azadsəs.az” xəbər verir ki, Rüstəm Həsənov ekologiya və təbii sərvətlər nazirinin müşaviri təyin olunub.

Məlumatı nazirliyin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.

Qeyd edək ki, R.Həsənov 1994-cü ildə anadan olub. Bundan əvvəl ASAN Xidmətdə Rəqəmsal İnnovasiyalar sektorunun müdiri vəzifəsində çalışıb. O, ötən ay bu vəzifəsindən ayrılıb.
Вернуться назад